AKKUMULYATİV YAMAC

müxtəlif proseslər nəticəsində (su eroziyası, qravitasion yerdəyişmə, sürüşmələr, soliflüksiya) yamacların yuxarı hissələrindən və suayırıcılardan gətirilmiş qırıntı materiallarının toplandığı dərə, dağ və təpələrin yamacları. аккумулятивный склон slope of accumulation
AKKUMULYATİV TERRAS
AKLİNA
OBASTAN VİKİ
Akkumulyativ yamac
Yamac
Maili səth və ya yamac — yer səthinin maili hissəsi, müsbət və mənfi relyef formalarını ayırır. Mənşəinə görə M.s. ilkin (dəniz altından çıxmış) tektonik struktur, denudasion, akkumulyativ və ya erozion ola bilər. M.s. əksəriyyəti mürəkkəb mənşəli olub, yamac prosesləri nəticəsində yaranır və müəyyən dəyişikliyə uğrayır. Sin.: yamac. — dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir. Yamac geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya proseslərindən asılı olaraq dik, meyilli, qabarıq, batıq və pilləli formada olur. Yamac, adından göründüyü kimi, səthi mailli olan sahələrə deyilir. Yamacın əksinə olaraq üfüqi səthi olan sahələr – hamar düzənliklərə ayrılır.
Akkumulyativ relyef
Yamac buzlağı
Yamac prosesləri
Yamac prosesləri (rus. процессы склоновые, ing. slope processes) — yamacların əmələ gəlməsi proseslərinin məcmuu olub, yumşaq materialların və yaxud yamacı təşkil edən ana süxurlardan ibarət qayma və qırıntı materialların yerdəyişməsi prosesi.
Akkumulyativ terras
Akkumulyativ terras- allüvi, dəniz, göl və ya göl – buzlaq çöküntülərindən təşkil olunmuş terrasa deyilir. == Haqqında == Akkumulyativ terras bir akkumulasion tsikl çöküntülərindən ibarət və dərinliyi sonrakı kəsimdən çox olan terrasdır. Akkumulyativ terras çay (allüvium), dəniz və ya göl (dəniz və ya göl çöküntüləri) və b. növləri ayrılır. == Həmçinin bax == Akkumlyativ relyef == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679 səhifə.
Akkumulyativ sahil tipi
Akkumulyativ sahil tipi — Bu tip sahillərin əmələ gəlməsi yalnız nisbətən dayaz şelf zonasında mümkündür. Bu da geomorfologiya və okeanoqrafiyadan məlum olan məşhur Kornalya-Zenkoviç qanunauyğunluğu ilə əlaqədardır. Bu qanunauyğunluğa əsasən dəniz və okean şəraitində nisbətən dərin sahədə suyun ayrı-ayrı hissəcikləri dairəvi orbit üzrə hərəkət edir. Dayazlıq artdıqca, yəni şelf sahəsinin sahilə yaxın ərazisində həmin orbit xeyli sıxılır və elliptik orbit ilə əvəz olunur. Dayazlığın daha da artması nisbətən yastı ellipsin əmələ gəlməsinə səbəb olur. Ona görə də həmin yastı ellips üzrə qüvvə vektorları dərinliyin azaldığı sahəyə doğru, yəni sahilə doğru yönəlmiş olur. Bu səbəbdən dayaz sahənin qum çöküntüləri sahilə doğru aparılır. Nəticədə əsasən qum çöküntülərindən ibarət olan akkumulyativ sahil tipi əmələ gəlir. Belə sahillərə misal olaraq Xəzər dənizinin sahil zonasının çox hissəsini Krım yarımadasının şimal-qərb hissəsini, Baltik dənizinin cənub sahillərinin çox hissəsini və s. göstərmək olar.